Haqqımızda Reklam
14 
Avq
2026
12:38
2
0
181

Ozurgeti meri vəzifəsindən istefa verib

Ozurgeti meri Paata Kunçulia vəzifəsindən istefa verdiyini açıqlayıb. 24News.ge xəbər verir ki, o, qərarı barədə sosial şəbəkə hesabında paylaşım edib. Kunçulianın sözlərinə görə, fəaliyyəti dövründə Ozurgeti sakinlərinin maraqlarını və ehtiyaclarını əsas götürüb. O bildirib ki, bir ildən az müddət ərzində şəhərdə əhalinin ehtiyaclarına uyğun rekord sayda layihə həyata keçirilib. Onun sözlərinə görə, büdcənin mənimsənilməsi və layihələrin icrası göstəricilərinə görə Ozurgeti hazırda Gürcüstanın bələdiyyələri arasında ilk üçlükdə yer alır. Kunçulia həmçinin bildirib ki, yerli hakimiyyət nümayəndələrinin, o cümlədən dövlət nümayəndəsinin və Ozurgeti Sakrebulosunun sədrinin müxtəlif vaxtlarda birlik çağırışları etməsinə baxmayaraq, süni şəkildə yaradılan problemlər fonunda lazımi dəstəyi və həmrəyliyi hiss etməyib. “Bununla bağlı müəyyən məyusluğumun olduğunu gizlətməyəcəyəm və bu, qərarın qəbul edilməsi prosesində müəyyən rol oynadı. Lakin bu, qərarı qəbul etməyimin əsas səbəbi deyildi. Sadəcə onu əlavə edəcəyəm ki, siyasətdə olmaq çox çətin oldu”, – deyə Kunçulia qeyd edib. O, həmçinin siyasətdə uzun illər fəaliyyət göstərən və müxtəlif xarici və daxili təzyiqlərə tab gətirən şəxslərin əməyinin layiqincə qiymətləndirilməsinə çağırıb. Kunçulia əməkdaşlarına və Ozurgeti sakinlərinə təşəkkür edib, onların dəstəyinin onun üçün əsas güc və məsuliyyət olduğunu bildirib. O, həmçinin hakim komandaya və onun liderlərinə göstərdikləri etimada və dəstəyə görə təşəkkür edib. “Mən həmişə “Gürcü Arzusu”nun sadiq sıravi əsgəri olmuşam və həmişə də belə qalacağam”, – deyə Paata Kunçulia bildirib.

www.24news.ge