Haqqımızda Reklam
13 
Avq
2026
20:00
1
0
158

Sürücülük vəsiqəsinin bal sistemi: Hansı qayda pozuntusuna neçə bal silinir?

Gürcüstanda sürücülərə hər il sürücülük vəsiqəsinə 100 bal verilir. Yol hərəkəti qaydaları pozulduğu halda bu ballar silinir. Konkret qayda pozuntusuna görə silinən balın miqdarı pozuntunun ağırlıq dərəcəsindən asılı olaraq dəyişir. 24News.ge xəbər verir ki, sürücülük vəsiqəsinin 100 ballıq sistemi tətbiq edildikdən sonra müxtəlif qayda pozuntularına görə silinən balların sayı bir neçə dəfə dəyişdirilib. O cümlədən 2026-cı ildə təhlükəsizlik kəmərindən istifadə etməmə, sürət həddini aşma, avtomobil idarə edərkən mobil telefondan istifadə, manevr qaydalarının pozulması, səkidə və avtobus zolağında hərəkət etmə ilə bağlı sanksiyalar sərtləşdirilib. Hazırda qüvvədə olan qaydalara əsasən, ən çox rast gəlinən və mühüm yol hərəkəti qayda pozuntularına görə sürücülük vəsiqəsindən silinən ballar aşağıdakı kimidir: ● Təhlükəsizlik kəmərindən istifadə etməmək – 10 bal; ● Müəyyən edilmiş sürət həddini 15 km/saatdan çox, lakin 50 km/saatdan çox olmayaraq aşmaq – 10 bal; ● Sürət həddini 50 km/saatdan çox aşmaq – 20 bal; ● Avtomobil idarə edərkən mobil rabitə vasitəsindən istifadə etmək – 15 bal; ● Manevr qaydalarını pozmaq – 20 bal; ● Nəqliyyat vasitəsi ilə səkidə hərəkət etmək – 30 bal; ● Avtobus zolağında hərəkət etmək – 15 bal, təkrar törədildikdə 30 bal; ● Əks istiqamətdə hərəkət üçün nəzərdə tutulan avtobus zolağında hərəkət etmək – 20 bal, təkrar törədildikdə 30 bal; ● Alkoqollu sərxoş vəziyyətdə avtomobil idarə etmək – 30 bal; ● Avtomobil idarə edərkən alkoqol yoxlamasından yayınmaq – 40 bal; ● Narkotik və ya psixotrop maddələrin təsiri altında avtomobil idarə etmək – 40 bal; ● İcazə verilən normadan artıq ətraf mühiti çirkləndirən nəqliyyat vasitəsini idarə etmək – 10 bal; ● Yol hərəkəti qaydalarını pozaraq nəqliyyat vasitəsinə, yükə, yola, yol qurğusuna və ya digər əmlaka zərər vurmaq və ya şəxsin bədəninə yüngül xəsarət yetirmək – 25 bal. Beləliklə, sürücü il ərzində ona verilən 100 balı tamamilə itirdiyi halda, sürücülük vəsiqəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müvafiq məhdudiyyətlərlə üzləşə bilər.

www.24news.ge