Haqqımızda Reklam
14 
Avq
2026
10:27
11
0
1008

Marneulidə iki nəfər dələduzluq ittihamı ilə saxlanılıb (VİDEO)

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda təkrar dələduzluq törətməkdə və əhəmiyyətli zərər vurmaqda təqsirləndirilən iki nəfər saxlanılıb. 24News.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər kənd sakinlərinə Almaniya Federativ Respublikasında işləmək üçün viza düzəldəcəklərini vəd edərək hər birindən əvvəlcədən 1 500 avro alıblar. Lakin onlar verdikləri vədi yerinə yetirməyib və vətəndaşların pullarını dələduzluq yolu ilə mənimsəyiblər. İstintaq zamanı həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən biri tanışının etimadından istifadə edib. Belə ki, həmin şəxsin mənzilin alqı-satqısı ilə bağlı müqaviləsi olub və təqsirləndirilən şəxs mənzilin sahibinə çatdırmaq adı ilə ondan 8 000 lari alaraq həmin məbləği qanunsuz şəkildə mənimsəyib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hər iki şəxs təqsirləndirilən şəxs qismində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin “b” və 3-cü hissəsinin “c” bəndləri ilə istintaq aparılır. Qeyd olunan maddələr 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge