Haqqımızda Reklam
11 
Avq
2026
16:04
9
5
902

Avtomobillərin arxa oturacaqlarında təhlükəsizlik kəmərindən istifadə məcburi ola bilər

Gürcüstanda nəqliyyat vasitələrinin arxa oturacaqlarında təhlükəsizlik kəmərindən istifadə də məcburi ola bilər. 24News.ge xəbər verir ki, bu öhdəliyin tətbiqi və tənzimlənməsi məsələsi hökumətin avqustun 5-də qəbul etdiyi qərarla təsdiqlənən 2026–2030-cu illər üzrə Yol Təhlükəsizliyinin Milli Strategiyasında öz əksini tapıb. Sənəddə qeyd olunur ki, müasir yol təhlükəsizliyi baxımından təhlükəsizlik kəmərindən istifadə yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının və ağır xəsarətlərin qarşısının alınmasının əsas vasitələrindən biri hesab olunur. “Araşdırmalara görə, arxa oturacaqda əyləşən sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməsi həm onların özlərinin, həm də ön oturacaqlarda əyləşən şəxslərin həyat və sağlamlığının qorunmasında mühüm rol oynayır. Bu baxımdan avtomobilin arxa oturacaqlarında təhlükəsizlik kəmərindən istifadənin məcburi qaydasının tətbiqi və bununla bağlı müvafiq tənzimləmələrin hazırlanması xüsusi əhəmiyyət daşıyır. Cəmiyyətdə təhlükəsizlik kəmərindən istifadənin yüksək səviyyədə tətbiq olunması və bu göstəricinin davamlılığının təmin edilməsi üçün dövlət tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. Bu məqsədlə sözügedən məsələ ilə bağlı müvafiq normativ bazanın formalaşdırılması və effektiv icra mexanizminin təmin edilməsi, eyni zamanda məqsədyönlü sosial kampaniyaların və maarifləndirici təşəbbüslərin fəal şəkildə həyata keçirilməsi planlaşdırılır. Bu tədbirlər əhalinin məlumatlılıq səviyyəsinin artırılmasına xidmət edəcək”, – deyə hökumətin təsdiqlədiyi 2026–2030-cu illər üzrə Yol Təhlükəsizliyinin Milli Strategiyasında qeyd olunub.

www.24news.ge