Haqqımızda Reklam
08 
Avq
2026
15:22
5
3
900

"Elektrik enerjisinin iki dəfə kəsilməsinin konkret səbəbi olub" - Kobaxidze

“Elektrik enerjisinin ilk iki dəfə kəsilməsinin konkret səbəbi olub və bununla bağlı tam məlumatımız var. Lakin məsələ ilə əlaqədar Dövlət Təhlükəsizlik Xidmətində araşdırma aparılır və əlavə araşdırma tələb edən məqamlar olduğuna görə məlumatı daha sonra ictimaiyyətə ətraflı təqdim edəcəyik”. 24News.ge xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, elektrik enerjisinin üçüncü dəfə kəsilməsinin də konkret səbəbi olub və bu, “Engurhesi”ndə aparılan bərpa işləri ilə bağlıdır: “İlkin məlumatımız kifayət qədər çoxdur. Üçüncü kəsintinin konkret səbəbi olub – bu, ‘Engurhesi’ndə aparılan müəyyən bərpa işləri idi. Ümumilikdə, çoxsaylı çağırışların olmasına baxmayaraq, sistem dayanıqlıdır və hökumət sistemin dayanıqlığının qorunması üçün hər şeyi edəcək”, – deyə baş nazir bildirib. Kobaxidze qeyd edib ki, məsələ tam araşdırıldıqdan sonra nəticələr dərhal ictimaiyyətə açıqlanacaq: “İş tam araşdırılana, rəsmi məlumat əldə olunana qədər gözləməliyik. Bundan sonra bütün məlumatları ictimaiyyətlə bölüşəcəyik. Hadisələri qabaqlamayaq. Hər şey tam aydınlaşdıqda məlum ola bilər ki, ümumiyyətlə, söhbət sabotajdan getmir. Bütün məsələlər dəqiqləşdikdən sonra məlumatı ictimaiyyətə təqdim edəcəyik”, – deyə baş nazir vurğulayıb.

www.24news.ge