Haqqımızda Reklam
08 
Avq
2026
14:02
9
0
453

GAİM kollektivi və 24News Media rəhbərliyi Avqust döyüşlərində həlak olan qəhrəmanları yad edib (FOTO)

8 avqust – 2008-ci il Rusiya–Gürcüstan müharibəsinin 18-ci ildönümü münasibətilə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) kollektivi və 24News media rəhbərliyi Marneuli şəhərində 8 Avqust şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidəni ziyarət edib. 24News.ge xəbər verir ki, anım mərasimində memorial abidə önünə əklil və gül dəstələri qoyularaq Gürcüstanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi dərin ehtiramla yad edilib. Tədbirdə Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov, 24News medianın rəhbəri Azər Məmmədov, GAİM-in müəllimləri Fərzin Məşədiyev, Xəyalə Mustafayeva, Elçin Mustafayev və Anna Allahverdiyeva, eləcə də GAİM-də təhsil alan gənclər iştirak ediblər. Çıxış edənlər 2008-ci il avqust hadisələrinin Gürcüstanın müasir tarixində buraxdığı ağır izlərdən bəhs edərək, ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsinin daim uca tutulmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, şəhidlərin əziz xatirəsinin yaşadılması, gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanması, sülhün və sabitliyin möhkəmləndirilməsi hər bir vətəndaşın mənəvi borcudur. Anım mərasimi Gürcüstanın ərazi bütövlüyü uğrunda həyatını itirmiş qəhrəmanların xatirəsinə dərin ehtiramın ifadəsi olmaqla yanaşı, sülhün, həmrəyliyin, milli birliyin və tarixi yaddaşın qorunmasının vacibliyini bir daha ön plana çıxarıb.

www.24news.ge