Haqqımızda Reklam
07 
Avq
2026
13:19
5
1
222

Saxta spirtli içkilərin istehsalı ilə bağlı 7 nəfərə qarşı cinayət işi başlanılıb (VİDEO)

Saxta alkoqollu içkilərin və saxta aksiz markalarının hazırlanaraq satılması faktı ilə bağlı 7 nəfər barəsində cinayət təqibinə başlanılıb. Onlardan 3-ü saxlanılıb. 24News.ge xəbər verir ki, Maliyyə Nazirliyinin İstintaq Xidmətinin yaydığı məlumata görə, təqsirləndirilən şəxslər kustar üsulla hazırlanmış istehsalat sahələrində spirt və xüsusi əlavələrdən istifadə etməklə tanınmış brendlərin saxta viski və digər alkoqollu içkilərini sistemli şəkildə hazırlayıblar. Məlumata görə, həmin məhsullar saxta aksiz markaları ilə Acara bölgəsində mağaza və barlarda satışa çıxarılıb. İstintaq tədbirləri nəticəsində kustar istehsal sahələrindən və satış obyektlərindən saxta viski və araq, müxtəlif brendlərə aid çox sayda istifadə olunmuş şüşə butulka, mənşəyi məlum olmayan spirtli içkilər, saxta aksiz markaları, eləcə də onların hazırlanması üçün istifadə olunan avadanlıqlar götürülüb. Hazırda saxta alkoqollu içkilərin satış şəbəkəsindən götürülməsi və cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi məqsədilə istintaq tədbirləri davam etdirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 197-ci maddəsinin birinci hissəsi, 197¹ maddəsi və 200¹ maddəsinin ikinci hissəsinin “b” bəndi ilə istintaq aparılır. Qeyd olunan maddələr 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge