Haqqımızda Reklam
07 
Avq
2026
11:19
5
0
446

Türkiyədə axtarışda olan 2 nəfər Gürcüstanda saxlanılıb (VİDEO)

Hüquq-mühafizə orqanları Türkiyə Respublikasının axtarışında olan iki nəfəri Acara bölgəsində saxlayıb. 24News.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, onlar qrup halında odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması, həmçinin sərhədin qanunsuz keçilməsi ittihamları ilə saxlanılıblar. Hüquq-mühafizə əməkdaşları saxlanılan şəxslərin üzərinə və müvəqqəti yaşadıqları mənzilə baxış keçirərkən maddi sübut qismində odlu silah və döyüş sursatı götürüblər. Əşyalar arasında 2 tapança, 3 daraq və 129 patron olub. Məlumata görə, saxlanılan şəxslərin hər ikisi müxtəlif ağır cinayətlərə görə axtarışda olub. Faktla bağlı Cinayət Məcəlləsinin 236-cı və 344-cü maddələri ilə araşdırma aparılır. Bu maddələr 11 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

www.24news.ge