Haqqımızda Reklam
05 
Avq
2026
13:24
5
9
496

Kobaxizde: Suxumi Universiteti aqrar, Zuqdidi və Axaltsixe universitetləri isə turizim üzrə akkreditasiya qazanıb

Suxumi Universitetində aqrar istiqamət üzrə təhsil proqramları akkreditasiya qazanıb və bu proqramlar məhz həmin ali təhsil müəssisəsində həyata keçiriləcək. 24News.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumətin iclasında bildirib. Baş nazirin sözlərinə görə, aparılan təhsil islahatları çərçivəsində Zuqdidi və Axaltsixe universitetlərinə də turizm proqramları əlavə olunub: “Bizim əsas məqsədimiz Suxumi Universitetində müvafiq proqramların davamlı şəkildə təkmilləşdirilməsidir. Eyni zamanda, Zuqdidi və Axaltsixe universitetlərində turizm proqramlarının əlavə olunması da islahatın mühüm nəticələrindəndir. Təhsil naziri başda olmaqla, bu islahatın uğurla həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Bu, mürəkkəb və çoxşaxəli proses olsa da, indiyədək uğurla davam etdirilir və biz bu istiqamətdə mühüm addımlar atırıq”, – deyə Baş nazir qeyd edib.

www.24news.ge