Haqqımızda Reklam
03 
Iyl
2026
13:06
14
6
146

Tehran ABŞ və İsraili ali dini liderin dəfn günlərində hərbi əməliyyat keçirməkdən çəkinməyə çağırıb

İran hakimiyyəti ABŞ və İsraili ali dini lider Əli Xameneinin dəfn mərasimi və matəm günlərində ölkəyə qarşı hərbi əməliyyat keçirməkdən çəkinməyə çağırıb. 24News.ge xəbər verir ki, İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının rəisi Əli Abdullahi bildirib ki, belə bir addım atılacağı təqdirdə Tehran sərt cavab verəcək. Qərargah rəisi deyib: “İranın düşmənlərini, xüsusilə ABŞ və sionist rejimi hər hansı səhvə yol verməməyə çağırırıq. Onlar ölkəmizə qarşı istənilən təhdid və təcavüzə Silahlı Qüvvələrimizin verəcəyi qəti və sərt cavabı nəzərə almalıdırlar”. İran mediasının məlumatına görə, oxşar bəyanat bir neçə gün əvvəl xarici işlər naziri Abbas Əraqçi tərəfindən də səsləndirilib. Nazir bildirib ki, İrana qarşı yeni hücum baş verərsə, Tehran buna “dərhal və güclü şəkildə” cavab verəcək. Qeyd edək ki, iyulun 3, 4 və 5-də Tehranda İmam Xomeyni məscidində Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimi keçiriləcək. Cənazə iyulun 7-də Quma gətiriləcək. Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn olunacaq.

www.24news.ge