Haqqımızda Reklam
11 
Iyn
2026
19:21
6
0
898

SOCAR Qızılhacılı kəndində təbii qazın bərpa olunacağı tarixi açıqlayıb

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində və 26 May küçəsinin bir hissəsində təbii qaz təchizatı 12 iyun saat 12:00-dan etibarən bərpa olunacaq. Bu barədə 24News.ge xəbər portalının sorğusuna "SOCAR Gas Export-Import" MMC-dən məlumat verilib. Məlumatda deyilir: "SOCAR Gas Export-Import" MMC Marneuli bələdiyyəsinin Qızılhacılı kəndi əhalisinin nəzərinə çatdırır ki, qaz təchizatının bərpa edilməsi məqsədilə müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində operativ işlər həyata keçirilmişdir. Gürcüstanın Energetika və Su Təchizatının Tənzimlənməsi üzrə Milli Komissiyası bu məsələ ilə bağlı yaxın vaxtlarda yekun qərarın qəbul ediləcəyi barədə məlumat verir. Milli Komissiyanın müraciətini nəzərə alaraq və əhali qarşısında yüksək sosial məsuliyyət prinsiplərini rəhbər tutaraq, SOCAR Gas Export-Import; şirkəti 12 iyun saat 12:00-dan etibarən əhaliyə qazın verilməsini bərpa edəcəkdir".

www.24news.ge