Haqqımızda Reklam
11 
Iyn
2026
19:10
2
0
241

SEMEK SOCAR-a müraciət edərək Qızılhacılı kəndinin təbii qazının bərpa edilməsinə çağırış edib

Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası (SEMEK) Qızılhacılı kənd əhalisinin maraqlarının qorunması və fasiləsiz qaz təminatının bərpası məqsədilə “SOCAR Gas Export-Import” MMC-yə rəsmi müraciət ünvanlayıb. 24News.ge xəbər verir ki, bu barədə SEMEK-in rəsmi "Facebook" səhifəsində məlumat verilib. Müraciətdə deyilir: "Cari ilin 9 iyun tarixində Qızılhacılı kəndinin əhalisinə təbii qazın verilməsi qazpaylayıcı şirkət – "Mamed MMC"nin özbaşına və qanunvericiliyə zidd hərəkətləri nəticəsində dayandırılıb. "Mamed MMC" təbii qaz lisenziyasına malik şirkətdir və Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində qazın paylanmasını həyata keçirir. Aylar ərzində "Mamed MMC" Gürcüstan qanunvericiliyinin tələblərini yerinə yetirməyib və istehlakçılara çatdırılan təbii qazın dəyərini "SOCAR Gas Export-Import MMC"yə ödəməyib. Nəticədə şirkətin 600 min laridən artıq borcu yaranıb. Bu səbəbdən "Mamed MMC"yə təbii qazın verilməsi dayandırılıb. SEMEC yaxın vaxtlarda keçiriləcək ictimai iclasda "Mamed MMC"yə xüsusi idarəçinin təyin olunması məsələsini müzakirə edəcək. Məqsəd uzunmüddətli perspektivdə Qızılhacılı kəndi sakinlərinin təbii qazla fasiləsiz və etibarlı şəkildə təmin edilməsidir".

www.24news.ge