Haqqımızda Reklam
05 
Iyn
2026
13:32
3
3
484

Tbilisidə hamamda iki nəfərin ölümü ilə bağlı müəssisə açıqlama yayıb

Tbilisinin meydan hissəsində yerləşən hamamda iki nəfərin ölü tapılması ilə bağlı “Abanotubani Group” şirkəti açıqlama yayıb. 24News.ge xəbər verir ki, şirkət hadisənin baş verdiyi obyektdə bütün təhlükəsizlik standartlarına əməl olunduğunu bildirib. Açıqlamada qeyd olunur ki, şirkət baş vermiş faciə ilə əlaqədar dərin hüzn hissi keçirir və mərhumların ailə üzvlərinə, yaxınlarına başsağlığı verir. Şirkət həmçinin istintaq orqanları ilə fəal əməkdaşlıq etdiyini və hadisənin bütün hallarının araşdırıldığını vurğulayıb. Məlumata görə, hazırda hamamların fəaliyyəti adi qaydada davam edir. Xatırladaq ki, iyunun 3-də Tbilisinin köhnə şəhər hissəsində yerləşən hamamlardan birində iki nəfər 80 yaşlı kişinin meyiti aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi – intihara sövq etmə maddəsi ilə cinayət işi başlanıb.

www.24news.ge