Haqqımızda Reklam
05 
Iyn
2026
17:43
10
4
336

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Azərbaycana rəsmi səfər edib (FOTO)

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Geka Geladze nümayəndə heyəti ilə birlikdə rəsmi səfərlə Azərbaycanda olub. Səfər çərçivəsində Geka Geladze azərbaycanlı həmkarı Əli Nağıyev ilə görüş keçirib. 24News.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərini, Cənubi Qafqaz regionunda baş verən prosesləri və beynəlxalq təhlükəsizlik sahəsində mövcud çağırışları müzakirə ediblər. Həmçinin artan qlobal təhdidlərə qarşı mübarizədə iki ölkənin təhlükəsizlik qurumları arasında sıx əməkdaşlığın və tərəfdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. Tərəflər 2026-cı ilin sentyabrında Bakıda keçirilməsi planlaşdırılan illik təhlükəsizlik forumu barədə də fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, forum regional və beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynayır. Görüşün sonunda Geka Geladze göstərilən qonaqpərvərliyə görə azərbaycanlı həmkarına təşəkkür edib və onu cavab səfəri ilə Gürcüstana dəvət edib. Səfər zamanı Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavinləri Tamaz Boraşvili və Aleksandre Maisuradze də nümayəndə heyətinin tərkibində olublar.

www.24news.ge