Haqqımızda Reklam
05 
Iyn
2026
11:03
10
0
781

Marneulidə axtarışda olan şəxs saxlanıldı (VİDEO)

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları sağlamlığa qəsdən ağır zərər vurmaqda ittiham olunan və axtarışda olan şəxsi saxlayıblar. 24News.ge xəbər verir ki, məlumata görə, saxlanılan şəxs məhkəmə qərarı əsasında axtarışda olub və onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilmişdi. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxs Tbilisidə tutulub. Hazırda saxlanılan şəxs penitensiar müəssisəyə yerləşdirilib. İstintaq tədbirləri davam etdirilir.

www.24news.ge