Haqqımızda Reklam
03 
Iyn
2026
23:51
6
3
1572

Hamamda iki kişinin meyiti aşkarlanıb

Köhnə Tbilisidə yerləşən hamamlardan birində iki nəfərin meyiti tapılıb. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi təsdiqləyib. Nazirlikdən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə intihara təhrik etmə və ya intihara çatdırma hallarını nəzərdə tutur. Mövcud məlumata əsasən, həyatını itirən şəxslər 80 yaşdan yuxarı iki kişidir. Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar istintaq çərçivəsində araşdırılır.

www.24news.ge