Haqqımızda Reklam
18 
May
2026
22:12
33
9
1620

“Ozan Saz” televiziya müsabiqəsinin seçim mərhələsi baş tutub (FOTO-VIDEO)

Borçalı aşıq sənətinin qorunması, yaşadılması və gələcək nəsillərə sevdirmək məqsədilə 24News media tərəfindən təşkil olunan “Ozan Saz” televiziya müsabiqəsinin seçim mərhələsi baş tutub. Yarışmaya müraciət edən 20-yə yaxın iştirakçı arasından münsiflər heyətinin səsverməsi nəticəsində 12 nəfər növbəti mərhələyə vəsiqə qazanıb. Seçim mərhələsində iştirakçıların ifa bacarıqları, səhnə mədəniyyəti və sənətə yanaşmaları münsiflər tərəfindən qiymətləndirilib. Yekun qərara əsasən, ən yüksək bal toplayan 12 iştirakçı müsabiqədə mübarizəni davam etdirəcək. Layihənin təşkilatçısı Azər Məmmədov çıxışında bildirib ki, “Ozan Saz” müsabiqəsinin əsas məqsədi milli saz sənətinin qorunması, təbliği və bu sahədə yeni istedadların üzə çıxarılmasına dəstək verməkdir. Azər Məmmədov, həmçinin layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinə, eləcə də yaradılan şəraitə görə Azərbaycan Evinə təşəkkürünü bildirib. Münsiflər heyəti “Ozan Saz” müsabiqəsini yüksək qiymətləndirərək, gənc nəsil arasında unudulmaqda olan ozan sənətinin yaşadılması və təbliğində layihənin mühüm rol oynadığını bildiriblər. Qeyd edək ki, “Ozan Saz” müsabiqəsinin əsas məqsədi saz sənətinin yaşadılması, gənc istedadların üzə çıxarılması və milli musiqi irsinin təbliğinə töhfə verməkdir. Yarışmanın növbəti mərhələləri hər həftənin çərşənbə və cümə günləri 24News media vasitəsilə yayımlanacaq.

www.24news.ge