Haqqımızda Reklam
26 
May
2026
19:20
4
1
116

Gürcüstanın xarici işlər naziri üçün ən yüksək diplomatik status müəyyən oluna bilər

Gürcüstanda xarici işlər naziri vəzifəsinin ən yüksək diplomatik vəzifə kimi müəyyənləşdirilməsi nəzərdən keçirilir. Eyni zamanda, xarici işlər nazirinə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinin verilməsi də mümkün ola bilər. 24News.ge xəbər verir ki, müvafiq dəyişikliklər “Diplomatik xidmət haqqında” qanuna təklif olunan əlavələrdə əksini tapıb və artıq parlamentdə təşəbbüs kimi irəli sürülüb. Dəyişikliklərə əsasən, ali diplomatik vəzifələrin siyahısının genişləndirilməsi planlaşdırılır. Təklif olunan yeniliyə görə, xarici işlər nazirinə ən yüksək diplomatik rütbə verildiyi halda, ona yeni statusa uyğun 1 360 lari məbləğində əlavə ödəniş də nəzərdə tutulur.

www.24news.ge