Haqqımızda Reklam
26 
May
2026
14:40
13
9
577

Tbilisidə Prezident və Baş nazirin iştirakı ilə hərbi parad keçirilib (VİDEO)

26 may Gürcüstanın Müstəqillik Günü münasibətilə Tbilisidə hərbi parad keçirilib. 24News.ge xəbər verir ki, mərasimdə Baş nazir İrakli Kobaxidze, Prezident Mixeil Kavelaşvili, parlament sədri Şalva Papuaşvili, eləcə də digər dövlət və hökumət rəsmiləri iştirak ediblər. Bayram paradında Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və eləcə də digər bir sıra ölkələrin diplomatik nümayəndəliklərinin üzvləri iştirak ediblər. Gürcüstan Müdafiə Qüvvələrinin müxəlif qoşun növlərinin iştirak etdiyi paradda ordunun arsenalındakı müxtəlif artilleriya sistemləri nümayiş olunub. Bu gün, yeni çağırışçılar Tbilisidə Azadlıq meydanında və ölkənin beş tarixi yerində and içiblər. Qeyd edək ki, bu gün paytaxt Tbilisi ilə yanaşı, ölkənin 22 şəhərində bayram tədbirləri keçirilib.

www.24news.ge