Haqqımızda Reklam
26 
May
2026
10:49
10
3
243

Marneuli şəhərində Müstəqillik Günü ilə bağlı gənclərin yürüşü baş tutub (VİDEO)

Marneuli şəhərində Gürcüstanın Müstəqillik Günü münasibətilə gənclərin iştirakı ilə təntənəli yürüş təşkil olunub. Şəhərin əsas küçələrində baş tutan yürüşdə çoxsaylı gənclər fəal iştirak edərək bayram coşqusunu nümayiş etdiriblər. 24News.ge xəbər verir ki, yürüş zamanı orkestrin ifasında müxtəlif vətənpərvərlik ruhlu musiqilər səsləndirilib, bu da tədbir iştirakçılarına xüsusi bayram ab-havası bəxş edib. Gənclər əllərində Gürcüstan bayraqları, eləcə də müstəqillik və azadlıq mövzusunda şüarlar yazılmış banner və plakatlar daşıyıblar. Müstəqillik Gününə həsr olunan yürüş şəhər sakinlərinin diqqətini cəlb edib və bayram əhval-ruhiyyəsində davam edib.

www.24news.ge