Haqqımızda Reklam
26 
May
2026
13:26
4
4
542

Tbilisidə Azərbaycanın Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə qəbul keçirilib (VİDEO)

Paytaxt Tbilisidə Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib. 24News.ge xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, hökumət nümayəndələri, deputatlar, diplomatik korpus və ictimaiyyət təmsilçiləri iştirak ediblər. Tədbir Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Səfir Faiq Quliyev çıxışında Azərbaycanın müstəqillik yolunun çətin sınaqlardan keçdiyini, lakin xalqın azadlıq iradəsinin sarsılmadığını vurğulayıb. O, həmçinin mayın 26-da Gürcüstanın Müstəqillik Gününü qeyd edəcəyini xatırladaraq, iki ölkənin oxşar tarixi yol keçdiyini bildirib. Səfir çıxışında müasir Azərbaycanın inkişafında Heydər Əliyevin siyasi rolunu qeyd edib, bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Daha sonra çıxış edən Parlamentin sədri Şalva Papuaşvili Azərbaycan xalqını bayram münasibətilə təbrik edərək, Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edək ki, Rəsmi hissədən sonra Azərbaycanın Əməkdar artisti Təyyar Bayramovun ansamblı, “Ranina” müsabiqəsinin iştirakçıları və rəqs qruplarının iştirakı ilə konsert proqramı təqdim olunub. Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge