Haqqımızda Reklam
14 
Okt
2025
16:36
12
2
339

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 29 milyard 825 milyon kubmetr qaz nəql edilib. 24News.ge xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata əsasən, bu, 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 0,9 % çoxdur. Hesabat dövrünə qazın nəqlinin 57,5 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 17 milyard 135,6 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 2 % çoxdur. Cənubi Qafqaz boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

www.24news.ge