Haqqımızda Reklam
09 
Okt
2025
15:48
11
30
3334

Təkəli kəndində baş vermiş qəza nəticəsində 33 yaşlı gənc həyatını itirib

Marneuli bələdiyyəsinin Təkəli kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan bir nəfər xəstəxanada dünyasını dəyişib. 24News.ge-nin məlumatına görə, həyatını itirən şəxs Kirəc Muğanlı kənd sakini, 33 yaşlı Əhliman Qəhramanovdur. Xatırladaq ki, hadisə ötən gün axşam saatlarında Təkəli kəndində baş verib. Belə ki, “Ford” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri – Əhliman Qəhramanov ağır vəziyyətdə xəstəxanaya çatdırılmış, lakin həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmamışdır. 24News.ge xəbər portalının rəhbərliyi və kollektivi adından mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına isə baş sağlığı veririk. Allah rəhmət etsin!

www.24news.ge