Haqqımızda Reklam
03 
Okt
2025
16:02
8
20
1931

Mübahisə zamanı 36 yaşlı kişi 21 yaşlı qonşusunu bıçaqlayıb

Mtsxeta-Mtianeti bölgəsində qonşular arasında yaranan mübahisə zamanı 36 yaşlı kişi 21 yaşlı gənci bıçaqlayıb. 24News.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi təsdiqləyib. Verilən məlumata görə, saxlanılan şəxs əvvəllər də məhkum olunub. O, 2004-cü il təvəllüdlü gəncə soyuq silahla bir neçə bıçaq xəsarəti yetirdikdən sonra hadisə yerindən qaçıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Polis cinayət aləti olan bıçağı maddi sübut kimi götürüb. Şübhəli şəxs hadisədən qısa müddət sonra saxlanılıb. Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 19-108-ci maddəsi — qəsdən adam öldürməyə cəhd — ilə aparılır. Sözügedən şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.24news.ge