Haqqımızda Reklam
03 
Mar
2025
23:29
39
4
1130

Ramazan ayının üçüncü gününün duası, imsak, iftar və namaz vaxtları...

Sabah, 4 mart tarixi Ramazan ayının üçüncü günüdür. 24News.ge xəbər verir ki, Gürcüstan Müsəlmanlar İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 4-də imsak vaxtı saat 06:01-də, iftar vaxtı isə 19:15-dədir. Martın 4-nə olan namaz vaxtları: ● Sübh azanı 06:10; ● Zöhr azanı 13:13; ● Məğrib azanı 19:15. Ramazanın üçüncü günün imsak vaxtı üçün duasını təqdim edirik: “Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin”. Tərcüməsi: “İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”. Allah oruc və digər ibadət-dualarınızı qəbul etsin!

www.24news.ge