Haqqımızda Reklam
28 
May
2026
12:46
16
3
735

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi açılışı iyunun 2-də keçiriləcək. 24News.ge xəbər verir ki, bununla bağlı mərasim Axalkalaki stansiyasında baş tutacaq. Tədbirdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildən etibarən test rejimində fəaliyyət göstərsə də, layihənin rəsmi istifadəyə verilməsi yalnız indi baş tutacaq. Qeyd edək ki, magistralın ümumi uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstan ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon ABŞ dolları kredit hesabına maliyyələşdirilib. Kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması planlaşdırılır. "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, 2023-cü ilin may ayından 2024-cü ilin may ayınadək ADY Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi üzrə işlər həyata keçirilib və layihə uğurla yekunlaşdırılıb. Aparılan yenidənqurma işləri nəticəsində BTQ xəttinin illik ötürücülük qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

www.24news.ge