Haqqımızda Reklam
28 
May
2026
14:27
23
3
485

Nazir: "Yaxın illərdə məktəbli forması yuxarı sinif şagirdləri üçün də məcburi olacaq"

Növbəti illərdə məktəbli forması geyinmək öhdəliyi 6-cı sinifdən yuxarı şagirdlərə də şamil ediləcək. 24News.ge xəbər verir ki, bu barədə Təhsil, elm və gənclər naziri Givi Mikanadze parlamentdə interpellasiya qaydasında dinləmə zamanı qeyd edib. Mikanadzenin sözlərinə görə, məktəbli formasının həm təhsil, həm də sosial və mədəni əhəmiyyəti var. O qeyd edib ki, forma məktəb mühitində nizam-intizamın və məktəb mədəniyyətinin formalaşmasına kömək edir, sosial fərqləri azaldır və valideynlərin gündəlik xərclərinin azalmasına töhfə verir. Nazir vurğulayıb ki, məqsəd yerli istehsalı təşviq etməkdir və bu səbəbdən beynəlxalq tender elan olunmayıb. Bununla belə, bazar araşdırmasında həm yerli, həm də xarici şirkətlər iştirak edib. Tələblərə cavab verən şirkət tapılmadığı üçün proses dayandırılıb və araşdırma yenidən elan olunub. Mikanadze bildirib ki, məktəbli formalarının tətbiqi mərhələli şəkildə həyata keçiriləcək. Plan üzrə, sentyabrın 15-dək bütün birinci sinif şagirdləri məktəbli forması ilə təmin olunacaq. Birinci semestr ərzində isə 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı sinif şagirdləri də forma ilə təmin ediləcək: “Biz məktəbə formanı qaytarmırıq, məktəbdə forma mədəniyyətini formalaşdırırıq. Cəmiyyətdə niyə yalnız 1–6-cı siniflər üçün tətbiq edildiyi və yuxarı siniflərə şamil olunmadığı barədə suallar var. Qərar verdik ki, əvvəlcə aşağı siniflərdə bu mədəniyyəti yaradaq və hər il bir sinif əlavə edək. Bu il 6-cı sinif şagirdləri forma geyinəcəksə, gələn ildən 7-ci sinif də əlavə olunacaq, sonra 8-ci sinif və belə davam edəcək”, – deyə nazir bildirib. Onun sözlərinə görə, bir neçə il ərzində məktəbli forması mədəniyyəti formalaşacaq və şagirdlər buna alışacağı üçün heç bir narahatçılıq yaranmayacaq.

www.24news.ge