Haqqımızda Reklam
13 
Mar
2023
12:49
9
61
1595

Gürcüstanda torpaq sahəsi alan rusların sayı kəskin artıb

2022-ci ilin aprel-oktyabr ayları ərzində Gürcüstanda 1720 xarici ölkə vətəndaşı 1956 kənd təsərrüfatına aid olmayan torpaq sahəsi üzərində mülkiyyət hüququ qazanıb. 24News.ge xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi mətbuatın sorğusuna cavab olaraq bildirib. Məlumata əsasən, torpaq sahəsi üzrə mülkiyyət hüququ qazananların 48.5%-i (950 mülk) Rusiya vətəndaşlarının payına düşür. Gürcüstanda kənd təsərrüfatına aid olmayan torpaq sahələri üzərində mülkiyyət hüququ qazanan digər ölkə vətəndaşlarına gəldikdə isə bu belədir: Almaniya vətəndaşları 84 torpaq sahəsi, Azərbaycan vətəndaşları 57; Ermənistan vətəndaşları 88; Səudiyyə Ərəbistanı vətəndaşları 66; İsrail vətəndaşları 65; İran vətəndaşları 67; Misir vətəndaşları 72; ABŞ vətəndaşları 58; Ukrayna vətəndaşları 54; Yunanıstan vətəndaşları 47; Qazaxıstan vətəndaşları 24; Küveyt vətəndaşları 17; Kanada vətəndaşları isə 20 mülkü adlarına keçiriblər.

www.24news.ge