Haqqımızda Reklam
10 
Nybr
2026
15:35
3
0
300

Avtomobil yoluna əl qumbarası yerləşdirərək bir nəfərin ölümünə səbəb olan şəxs saxlanılıb (VİDEO)

Polis 2024-cü il noyabrın 5-də Mtsxeta bələdiyyəsinin Tsitsamuri kəndində baş vermiş, ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə faktını açıb. Hadisə ilə əlaqədar bir nəfər saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2024-cü il noyabrın 5-də Tsitsamuri kəndində avtomobil yolunun yaxınlığında qanunsuz əldə etdiyi əl qumbarasını əvvəlcədən quraşdırıb. Daha sonra iki vətəndaşı aldadaraq həmin əraziyə gətirib. Nazirliyin məlumatına görə, şəxslər əraziyə çatdıqdan sonra partlayıcı qurğu işə düşüb. Nəticədə kişilərdən biri hadisə yerində ölüb, digəri isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs noyabrın 9-da Tbilisidə saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 19-109-cu və 236-cı maddələri ilə istintaq aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge