Haqqımızda Reklam
17 
Okt
2026
21:55
10
3
4116

Qəbiristanlıqda gənclər arasında başlayan mübahisə bıçaqlanma ilə nəticələnib

Kaxeti bölgəsinin Kvareli bələdiyyəsinin Şilda kəndində baş verən qarşıdurma zamanı 20 yaşlı gənc bıçaqlanıb. 24News.ge xəbər verir ki, bu barədə “Kaxetidən əsas xəbərlər” nəşri məlumat yayıb. Məlumata görə, Şilda kəndində toyun ikinci günü gənclər Nekresi monastır kompleksində qeyd ediblər. Kəndə qayıtdıqdan sonra isə onlardan birinin atasının məzarını ziyarət etməyə gediblər. Burada digər şəxslərlə qarşıdurma baş verib. Qəbiristanlıqa gedən şəxslərə bir qrup yetkinlik yaşına çatmayan şəxslər hücum edib. Şifahi mübahisədən sonra qrup üzvlərindən biri toy iştirakçılarından birini soyuq silahla yaralayıb. Yaralı baş və bel nahiyələrindən xəsarət alıb. Polis yaralının yanında olan şəxsləri və onların ailə üzvlərini ifadə almaq üçün Kvareli Polis İdarəsinə aparıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə, qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı üzrə istintaq başlanılıb.

www.24news.ge