Haqqımızda Reklam
16 
Okt
2026
12:43
4
0
251

Marneulidə həmyerlilərini 1,4 milyon laridən çox vəsaitə görə aldadan iki nəfər saxlanılıb (VİDEO)

Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan iki nəfəri saxlayıblar. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər həmyerliləri ilə razılaşaraq, müəyyən məbləğdə ödəniş müqabilində iribuynuzlu mal-qara toplamağı və daha sonra xaricdə satmağı təklif ediblər. Razılaşmaya əsasən, satışdan əldə olunan gəlir iştirakçılar arasında bölüşdürülməli idi. Lakin təqsirləndirilən şəxslər mal-qaranı satdıqdan sonra razılaşmanın şərtlərini yerinə yetirməyib və həmyerlilərinə məxsus 1 470 170 lari və 6 600 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçiriblər. Polis hər iki şəxsi məhkəmənin qərarı əsasında Marneuli bələdiyyəsində saxlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge