Haqqımızda Reklam
15 
Okt
2026
22:23
2
2
55

Şalva Papuaşvili İsrail parlamentinin sədri ilə görüşüb (FOTO)

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İsrail parlamentinin — Knessetin sədri Amir Ohana ilə görüşüb. 24News.ge xəbər verir ki, görüş İtaliyanın paytaxtı Romada Avropa Şurasına üzv ölkələrin parlament sədrlərinin konfransı çərçivəsində baş tutub. Görüşdə gürcü və yəhudi xalqları arasında əsrlər boyu davam edən dostluq əlaqələri, eləcə də iki ölkə arasındakı dinamik münasibətlər vurğulanıb. Tərəflər İsraildə və Yaxın Şərq regionunda baş verən hadisələri müzakirə ediblər. Şalva Papuaşvili Gürcüstanın Yaxın Şərqdə sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri dəstəklədiyini bildirib. Həmçinin İsraildə keçirilməsi planlaşdırılan parlament seçkiləri, bu istiqamətdə mövcud vəziyyət və gözləntilər barədə fikir mübadiləsi aparılıb. İkitərəfli münasibətlərin müzakirəsi zamanı iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyi və bunun yüksək səviyyəli səfərlərin intensivliyində də özünü göstərdiyi qeyd olunub. Parlamentlərarası əməkdaşlığın səmərəli olduğu vurğulanıb. Gürcüstan parlament nümayəndə heyətinin tərkibində Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili və parlamentin “Xalqın Gücü” siyasi qrupunun sədr müavini Eka Sepaşvili də yer alıblar.

www.24news.ge