Haqqımızda Reklam
06 
Okt
2026
15:14
14
4
748

Gürcüstanda qızılın qiyməti aşağı düşüb

Gürcüstanda oktyabrın 6-na olan məlumata görə, qızılın qiyməti ucuzlaşıb. 24News.ge xəbər verir ki, 999 əyarlı qızılın 1 qramının qiyməti hazırda təxminən 356 lari təşkil edir. Oktyabrın 5-də bu göstərici 361 lari olub. 750 əyarlı qızılın 1 qramı 267 laridir. Ötən gün bu qiymət 270 lari təşkil edib. 585 əyarlı qızılın 1 qramının qiyməti isə 208 lari olub. Oktyabrın 5-də 211 lari idi. Gümüşün qiymətində isə artım qeydə alınıb. 999 əyarlı gümüşün 1 qramı 5,17 lari təşkil edir. Ötən gün bu göstərici 5,11 lari olub. Qeyd edək ki, son günlər ərzində dünya birjalarında qızılın qiyməti artıb. Tbilisi vaxtı ilə saat 12:30-a olan məlumata görə, 1 troya unsiya qızılın qiyməti 4 141 ABŞ dolları təşkil edib. Hazırda bir qram qızılın dünya bazarındakı qiyməti 133,328 ABŞ dollarıdır. Bu, əvvəlki günlə müqayisədə 0,49 dollar və ya 0,37% artım deməkdir.

www.24news.ge