Haqqımızda Reklam
06 
Okt
2026
13:45
14
1
257

Qara bazarda dəyəri 34 milyon laridən çox narkotik vasitə məhv edilib (VİDEO)

Daxili İşlər Nazirliyi ölkə üzrə müxtəlif vaxtlarda keçirilmiş istintaq tədbirləri nəticəsində sübut kimi götürülmüş 553 kiloqram narkotik vasitəni məhv edib. 24News.ge xəbər verir ki, nazirliyin məlumatına görə, məhv edilən narkotik vasitələrin “qara bazar”da ümumi dəyəri 34 milyon laridən çoxdur. Narkotik vasitələr Ekspertiza-Kriminalistika Departamentinin əməkdaşları tərəfindən müasir standartlara uyğun xüsusi yüksəktemperaturlu sobada məhv edilib. Məhv edilən narkotik vasitələr arasında metadon, MDMA, heroin, kokain, buprenorfin, alfa-PVP, klefedron, tramadol və kodein olub. Bundan əlavə, psixotrop və yeni psixoaktiv maddələr də məhv edilib. DİN-in məlumatına görə, narkotik vasitələrin məhv edilməsi prosesi mövcud qanunvericiliyə və müasir ekoloji standartlara uyğun həyata keçirilir. Prosesdə Daxili İşlər Nazirliyinin daimi fəaliyyət göstərən komissiyasının üzvləri ilə yanaşı, Baş Prokurorluğun və Səhiyyə Nazirliyinin nümayəndələri də iştirak edirlər.

www.24news.ge