Haqqımızda Reklam
27 
Sen
2026
08:49
13
7
2146

Gürcüstanda dövlət bayraqları endirilib

Gürcüstanın Abxaziya bölgəsində qanlı müharibənin başlamasından 33 il ötür. 24News.ge xəbər verir ki, müharibədə həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq prezident sarayı, hökumət administrasiyası, parlament binası və digər dövlət idarələrində bayraqlar yarıyadək endirilib. Xatırladaq ki, 1992-ci ilin bu günü başlayan müharibənin əsas mərhələsi 13 ay və 13 gün davam edib. Müharibə 27 sentyabr tarixində Suxuminin itirilməsiylə nəticələnib. Qarşıdurmalar nəticəsində ümumilikdə 10 min nəfərədək insan həlak olub. Münaqişə bölgəsindən 300 min nəfərədək Gürcüstan vətəndaşı məcburi şəkildə köç edib. Hal-hazırda Gürcüstanın Abxaziya bölgəsi Rusiya Federasiyası və separatçı qüvvələrin işğalı altındadır.

www.24news.ge