Haqqımızda Reklam
26 
Sen
2026
21:46
13
2
214

Tbilisi televiziya qülləsində restoran yaradılacaq – Qüllə turizm məkanına çevriləcək

"Kass Group Holding" şirkətinin baş direktoru Ekaterine Tordia Tbilisi televiziya qülləsinin yenidən qurulması və turizm məqsədilə istifadəyə verilməsi planlarından danışıb. 24News.ge xəbər verir ki, Tordianın sözlərinə görə, layihə olduqca mürəkkəbdir və şirkət onun həyata keçirilməsinə böyük məsuliyyətlə yanaşır. “Tbilisi televiziya qülləsi turistlərin cəlb olunduğu mərkəzə çevriləcək. Bu, böyük məsuliyyətlə yanaşdığımız ən mürəkkəb layihələrdən biri olacaq”, – deyə Ekaterine Tordia bildirib. O qeyd edib ki, layihə çərçivəsində Tbilisi televiziya qülləsində ziyarətçi mərkəzi, müşahidə meydançası və restoran yaradılması nəzərdə tutulur. Tordianın sözlərinə görə, şirkət artıq layihə üzrə yekun icazəni əldə edib. Şirkətin rəhbəri bildirib ki, müqaviləyə əsasən layihə üçün 10 milyon lari məbləğ müəyyənləşdirilib. İlkin plana görə işlərin 2027-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla belə, layihənin mürəkkəbliyi və verilən tövsiyələr nəzərə alınaraq işlərin gedişində müəyyən dəyişikliklərin mümkün olduğu qeyd edilib. Ekaterine Tordia bildirib ki, Tbilisi televiziya qülləsi şəhərin simvollarından biridir və onun müasirləşdirilməsinə ehtiyac var. Şirkət rəhbəri müsahibəsində Kass Group-un Tsalkada həyata keçirdiyi “Kass Land” layihəsi barədə də danışıb. Onun sözlərinə görə, layihə bölgədə yeni turizm istiqamətinin formalaşmasına səbəb olub və yüz minlərlə turistin ziyarətinə imkan yaradıb. Tordia bildirib ki, kompleksdə 62 villa, 53 otaqlı hotel, kartinq, batut parkı və digər əyləncə imkanları yaradılıb. Onun sözlərinə görə, kompleksdə qonaqların daha uzun müddət qalmasına imkan verən infrastruktur genişləndirilir.

www.24news.ge