Haqqımızda Reklam
25 
Sen
2026
20:15
19
1
617

İmamquliyev: "Marneulidə xalq, əhali öz imkanları ilə yol təmir edir"

"Xalq, əhali öz imkanları ilə yolu təmir edir. Vəziyyət ağlamalı olmasaydı, səsli-səsli gülərdim". 24News.ge xəbər verir ki, bu sözləri siyasətçi Əhməd İmamquliyev sosial şəbəkə hesabında paylaşıb. O, Marneuli şəhərinin Sarvan ərazisində vətəndaşların öz imkanları hesabına yolu təmir etdiklərini qeyd edərək, yerli hökuməti tənqid edib: "Xalq, əhali öz imkanları ilə yolu təmir edir. Vəziyyət ağlamalı olmasaydı, səsli-səsli gülərdim. Marneuli bələdiyyəsinin təyin olunmuş meri Daur İsmailov və Marneulinin Sarvan (seçki dairəsi) tərəfindən bələdiyyə məclisinə seçilmiş deputatlar, bu şəkilə baxıb utanmırsınız? Tsereteli, Saimerlo (Orconikidze) və Tamarisidə elə bir küçə qalmayıb ki, 3 və ya 5 dəfə asfalt örtüyü çəkilməsin. Amma Marneulinin ən qədim, demək olar ki, şəhərin təməlinin qoyulduğu Sarvan tərəfdəki məhəllələrdə hələ də bir dəfə olsun asfalt çəkdirmək mümkün olmayıb", - deyə siyasətçi qeyd edib.

www.24news.ge