Haqqımızda Reklam
22 
Sen
2026
11:02
1
0
36

KİV: Volodimir Zelenski İrlandiyada Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru ilə görüşüb

Ukrayna prezidenti Volodimir Zelenski İrlandiyada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff ilə görüşüb. 24News.ge xəbər verir ki, Reuters-in mənbələrə istinadən yaydığı məlumata görə, görüş İrlandiyanın Şennon hava limanında baş tutub. Mənbələrdən biri görüşün sentyabrın 21-də, bazar ertəsi günü keçirildiyini bildirib. Digər mənbənin sözlərinə görə isə Zelenski və Retkliff təyyarələri yanacaqla doldurulduğu zaman hava limanında qeyri-rəsmi söhbət ediblər. Mənbələr görüş zamanı hansı məsələlərin müzakirə edildiyini açıqlamayıblar. Məlumata görə, Zelenski Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının tədbirlərində iştirak etmək üçün ABŞ-a gedərkən İrlandiyada dayanıb. Retkliff isə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdən sonra ABŞ-a qayıdırdı. Qeyd edək ki, Retkliffin Zelenski ilə görüşü CIA direktorunun Rusiyanın yüksək səviyyəli kəşfiyyat rəsmiləri ilə görüşmək üçün Moskvaya səfərindən bir aydan az müddət sonra baş verib.

www.24news.ge