Haqqımızda Reklam
30 
Avq
2026
11:37
10
30
4028

Gürcüstandan Moskvaya gedən avtobus qəzaya düşdü – ölən və yaralılar var

Rusiyanın Stavropol diyarında Gürcüstandan Moskvaya hərəkət edən sərnişin avtobusu ilə “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində 5 nəfər həyatını itirib. 24News.ge xəbər verir ki, bu barədə Rusiya Regional Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 38 nəfər xəsarət alıb. Yaralananlar arasında 5 uşaq da var. Onlardan 4-nün vəziyyətinin qənaətbəxş olduğu, 1 uşağın isə reanimasiyada saxlanıldığı bildirilir. Yol-nəqliyyat hadisəsi yerli vaxtla gecə saat 1 radələrində İnozemtsevo kəndi yaxınlığında baş verib. Məlumata əsasən, “Setra” markalı avtobusun sürücüsü təhlükəsiz sürət seçməyib və qarşıda hərəkət edən yük avtomobili ilə məsafəni qorumayıb. Nəticədə nəqliyyat vasitələri toqquşub və avtobus yoldan çıxaraq xəndəyə düşüb. Qeyd edək ki, avtobusda ümumilikdə 43 nəfərin olduğu bildirilir.

www.24news.ge