Haqqımızda Reklam
29 
Avq
2026
15:26
11
2
1135

Azyaşlı uşaq həmkəndlisini bıçaqlayıb

Kareli rayonunda bir nəfərin qətli ilə bağlı hüquq-mühafizə orqanları yetkinlik yaşına çatmayan şəxsi saxlayıb. 24News.ge xəbər verir k, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Kareli bələdiyyəsinin kəndlərindən birində mübahisə zəminində yaranmış münaqişə zamanı soyuq silahdan istifadə edərək həmkəndlisinin döş qəfəsi nahiyəsinə xəsarət yetirib və hadisə yerindən qaçıb. Aldığı xəsarətlər nəticəsində kişi hadisə yerində dünyasını dəyişib. Hüquq-mühafizə orqanları tərəfindən “isti izlərlə” aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxs saxlanılıb. Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır ki, bu da 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge