Haqqımızda Reklam
28 
Avq
2026
15:44
4
6
2006

Əzizkənd ərazisində ağır qəza hadisəsi baş verib

Marneuli bələdiyyəsinin Əzizkənd ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 24News.ge xəbər verir ki, yüksək sürətlə hərəkətdə olan “Ford” markalı avtomobil əvvəlcə qarşıdan gələn digər avtomobilə yüngül toxunub. Bundan sonra sürücü idarəetməni itirib və avtomobil yol kənarındakı zibil qutusuna çırpılıb. Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəysə də, sürücü yüngül xəsarətlərlə xəstəxanaya aparılıb. Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başladılıb.

www.24news.ge