Haqqımızda Reklam
26 
Avq
2026
14:14
1
1
247

Təmizlik maşını gənc işçini vuraraq öldürüb

Kobuleti bələdiyyəsinin Buknari kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində gənc kişi həyatını itirib. 24News.ge xəbər verir ki, yerli sakinlərin məlumatına görə, hadisə bələdiyyənin təmizlik xidmətinə məxsus avtomobilin geri hərəkəti zamanı baş verib. Məlumata əsasən, təmizlik avtomobili geri hərəkət edərkən həmin xidmətin əməkdaşını vurub. Nəticədə gənc kişi aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başlanılıb. Maddə nəqliyyat vasitəsinin hərəkəti zamanı yol hərəkəti qaydalarının pozulmasını nəzərdə tutur.

www.24news.ge