Haqqımızda Reklam
20 
Avq
2026
13:14
9
7
1572

“Mamed Gas”ın rəhbəri Nəriman Allahverdiyev saxlanılıb

“Mamed Gas” MMC-nin rəhbəri Nəriman Allahverdiyev səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Yaxınlarının 24News.ge xəbər portalına verdiyi məlumata görə, polisə Nəriman Allahverdiyev barəsində böhtan xarakterli şikayətlər daxil olub və o, məhkəmə qərarı əsasında saxlanılıb. Yaxınlarının sözlərinə görə, məsələ artıq aydınlaşdırılıb və Nəriman Allahverdiyevin yaxın günlərdə sərbəst buraxılması gözlənilir. Xəbər portalımız məsələ ilə bağlı Nəriman Allahverdiyevin hansı ittihamla saxlanıldığını dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyinə sorğu göndərib. Nazirliyin cavabı əldə edildikdən sonra əlavə məlumat təqdim olunacaq. Qeyd edək ki, “SOCAR Georgia Gas” daha əvvəl yaydığı açıqlamada “Mamed Gas”ı Qızılhacılı sakinlərindən təbii qaz ödənişlərini qanunsuz və artırılmış tariflə tələb etməkdə, həmçinin əhali üçün nəzərdə tutulan sosial qazın dəyərini ödəməməkdə ittiham edib. Şirkət həmçinin “Mamed Gas”ın lisenziyasının ləğv edilməsinə baxmayaraq fəaliyyətini davam etdirdiyini və ayrı-ayrı abonentlərin qaz təchizatını özbaşına dayandırdığını bildirib. Bununla bağlı “SOCAR Georgia Gas” hüquq-mühafizə orqanlarına müraciət etdiyini açıqlayıb.

www.24news.ge