Haqqımızda Reklam
19 
Avq
2026
16:01
6
1
423

“MAARİF” Məktəblərinin nümayəndələri “Azərbaycan Evi” və GAİM-i ziyarət ediblər (FOTO)

Türkiyənin “MAARİF” Məktəblərinin Gürcüstan nümayəndəliyinin baş direktoru Faruk Tekşen və Marneuli kampusunun yeni təyin olunmuş rəhbəri Ali Yetgin “Azərbaycan Evi” və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzini (GAİM) ziyarət ediblər. 24News.ge xəbər verir ki, görüş zamanı Ali Yetginin “Azərbaycan Evi” və GAİM rəhbərliyi ilə tanışlığı baş tutub, həmçinin gələcək əməkdaşlıq imkanları müzakirə olunub. “Azərbaycan Evi” və GAİM-in direktoru Məhəbbət İmanov qonaqları salamlayaraq, Ali Yetginə yeni vəzifəsində uğurlar arzulayıb. Görüş zamanı qonaqlara “Azərbaycan Evi” və GAİM-in fəaliyyəti, burada yaradılan şərait, həyata keçirilən layihələr və müxtəlif istiqamətlər üzrə təşkil olunan tədris kursları barədə ətraflı məlumat verilib. Qonaqlar mərkəzlərdə yaradılan şəraitlə yaxından tanış olub, həyata keçirilən layihələr və tədris istiqamətləri barədə məlumat əldə ediblər. Görüşdə mövcud əməkdaşlıq əlaqələri, eləcə də gələcəkdə birgə həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb. Sonda qonaqlar “Azərbaycan Evi” və GAİM-də görülən işləri yüksək qiymətləndirərək, qarşılıqlı əlaqələrin və əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar. Görüşün sonunda Məhəbbət İmanov tərəfindən qonaqlara 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər Salnaməsi” və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə nəşr olunan “Azərbaycan Musiqisinin İnciləri” kitabları hədiyyə edilib.

www.24news.ge