Haqqımızda Reklam
05 
Avq
2026
12:05
16
2
617

Qardabanidə dələduzluq: futbol klubu üzərindən saxta işə düzəltmə planı ifşa olundu

Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və operativ tədbirlər nəticəsində qabaqcadan əlbir olan qrup tərəfindən özgə pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə məhkəmə qərarı əsasında iki nəfər saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə DTX məlumat yayıb. İstintaqla müəyyən edilib ki, Gürcüstanda yaşayan Nigeriya vətəndaşı və “Qardabani Futbol Klubu” MMC-nin məşqçisi Nigeriya vətəndaşına Gürcüstanda müvəqqəti yaşayış icazəsinin alınmasında kömək etmək bəhanəsi ilə onu həmin futbol klubunda saxta müqavilə əsasında rəsmiləşdiriblər. Bunun müqabilində isə ondan 3000 ABŞ dolları məbləğində pul alıblar. Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 19-180-ci maddəsinin ikinci hissəsinin “a” və “b” bəndləri ilə aparılır. Bu maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge