Haqqımızda Reklam
29 
Iyl
2026
11:45
3
2
82

Rusiyada "Wildberries" şirkətinin kompleksi və neft emalı zavodu PUA hücumuna məruz qalıb

Bu gün səhər saatlarında Rusiyanın Ryazan şəhəri kütləvi PUA hücumuna məruz qalıb. Zərbələr nəticəsində eyni vaxtda iki obyektdə güclü yanğın başlayıb. 24News.ge xəbər verir ki, bu barədə Rusiyanın "Telegram" kanallarında məlumatlar yayılıb. Məlumata görə, Ryazanda hava həyəcanı siqnalı saat 04:30-da işə düşüb. Bundan sonra şəhər üzərində dronlar müşahidə edilib. Saat 05:20-dən etibarən isə sosial şəbəkələrdə uçan dronları, partlayış səslərini və şəhərin üzərindəki tüstünü əks etdirən kadrlar kütləvi şəkildə yayılmağa başlayıb. Bir qədər sonra hücuma məruz qalan obyektlərin "Wildberries" şirkətinin çeşidləmə kompleksi və yerli neft emalı zavodu olduğu barədə məlumatlar yayılıb. Regionun qubernatoru Pavel Malkov hücumdan sonra şəhərin sənaye zonalarında yanğınların baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə, insident PUA qalıqlarının düşməsi səbəbindən yaşanıb: "Hücum nəticəsində altı nəfər xəsarət alıb".

www.24news.ge