Haqqımızda Reklam
29 
Iyl
2026
11:34
12
1
87

İraq Türkiyəyə gündə 1 milyon barel neft satacaq

Türkiyə Dövlət Neft Şirkəti (TPAO) İraqın şimalındakı Kərkük yataqlarının işlənilməsində iştirak edəcək. 24News.ge xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Əli əz-Zeydi ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. Bununla yanaşı, İraqın Baş naziri Əli əz-Zeydi qeyd edib ki, İraq Türkiyəyə gündə 1 milyon barel neft sata bilər. Prezident Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində bununla bağlı danışıqlar aparılacağını bildirib. Bundan başqa, Türkiyə təbii sərvətlər qarşılığında İraqda nəqliyyat infrastrukturunun yeniləmələrində iştirak edəcək. Bununla yanaşı, iki ölkə arasında təhsil, idman və sənaye sahələrində əməkdaşlığı nəzərdə tutan daha dörd anlaşma imzalanıb.

www.24news.ge