Haqqımızda Reklam
06 
Iyl
2026
17:52
6
4
581

Təbii qazın müvəqqəti dayandırılması qaz balonlarının qiymətinin artmasına səbəb olub (VİDEO)

Kvemo Kartlinin bir hissəsində təbii qazın verilişinin müvəqqəti dayandırılması əhali arasında gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə qaz doldurma məntəqələrinə axın artıb və bu da həmin məntəqələrdə növbələrin yaranmasına səbəb olub. 24News.ge xəbər verir ki, vətəndaşlar yaranmış vəziyyətdən çıxış yolu kimi qaz doldurma məntəqələrinə müraciət edərək kiçik qaz balonlarını doldurmağa və qarşıdakı 3 gün ərzində ehtiyaclarını bu yolla qarşılamağa çalışırlar. Qaz doldurma məntəqəsinin işçisinin verdiyi məlumata əsasən, vətəndaşların aktiv şəkildə qaz balonlarını doldurması prosesi artıq bir həftədir ki, qazın müvəqqəti dayandırılacağı ilə bağlı məlumatların yayılmasından sonra başlayıb. Onun sözlərinə görə, bu müddət ərzində qazın keyfiyyəti ilə yanaşı, qiymətində də qismən artım müşahidə olunur. Vətəndaşlar isə bildirirlər ki, yaranmış vəziyyətlə əlaqədar qaz balonlarının qiymətində müəyyən artım qeydə alınıb. Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge