Haqqımızda Reklam
28 
Iyn
2026
20:41
3
4
287

İvanişvilinin keçmiş vəkili siyasi partiya təsis edib

Analitik təşkilat "GeoCase"in sədri, "Gürcü Arzusu"nun qurucusu Bidzina İvanişvilinin sabiq vəkili Viktor Kipiani "Əvvəl Gürcüstan" adlı yeni siyasi partiya təsis edib. 24News.ge xəbər verir ki, bu gün paytaxt Tbilisidə təsis edilən partiyanın ilk qurultayı keçirilib və Viktor Kipiani sədr seçilib. Partiyanın Siyasi Şurasının üzvləri Vaxtanq Kapanadze, Valeri Çeçelaşvili, Rusudan Tevzadze, Nikoloz Xatiaşvili və Giorgi Antadzedən ibarətdir. Nikoloz Alavidze və Giorgi Tumasiyan partiyanın həmtəsisçiləri və müşavirləridir. Təftiş Komissiyasına Giorgi Şalamberidze rəhbərlik edəcək. Komissiyanın üzvləri Beka Boçorişvili, İveri Misriaşvili və Vasil İvanov-Çikovanidir. Partiyanın icraçı katibi vəzifəsinə Zurab Şaraşenidze təyin olunub. Viktor Kipiani qurultayda çıxışı zamanı deyib: "Bu gün 'Əvvəl Gürcüstan' siyasi partiyasının təsis qurultayı keçirilir. Açıq demək istəyirəm ki, bu, yalnız bizim qərarımız deyil. Bu qərarı zaman və ölkədə formalaşan ictimai gözləntilər diktə edib. Biz isə sadəcə həmin gözləntilərə formal cavab vermiş olduq. Bu gün uzun bir yolun başlanğıcıdır və ümid edirəm ki, bu yol cəmiyyətin gözləntilərini doğruldacaq. Digər siyasi partiyalarla münasibətlərə gəlincə, əməkdaşlığa hər kəslə açığıq. Alyansa münasibətdə isə özünəməxsus mövqeyimiz var. Hesab edirik ki, 'Əvvəl Gürcüstan'ın alyansdan kənarda da inkişaf etmək üçün kifayət qədər potensialı var. Bununla belə, bu, şəxsi ünsiyyət və fərdi təmasları istisna etmir. Belə əlaqələr indiyədək olub, bundan sonra da olacaq və bu, bizim fəaliyyət üslubumuz olaraq qalacaq".

www.24news.ge