Haqqımızda Reklam
28 
Iyn
2026
14:47
6
11
417

KİV: İsrail hökuməti qondarma erməni soyqırımının tanınması barədə qərar verib

İsrail hökuməti Osmanlı imperiyası dövründə ermənilərə qarşı törədilən hadisələrin soyqırım kimi rəsmi tanınmasını nəzərdə tutan qərarı yekdilliklə qəbul edib. 24News.ge xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb. Məlumata əsasən, qərarın qüvvəyə minməsi üçün onun hələ parlament tərəfindən də təsdiqlənməsi tələb olunur. İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, ölkəsi bununla tarixi həqiqəti tanıyan və onun inkarı cəhdlərini rədd edən 32 dövlətə qoşulub: “İsrail tarixi həqiqəti tanımaq və onu inkar etmək cəhdlərini rədd etməklə mənəvi borcunu yerinə yetirən 32 ölkəyə qoşuldu”, – deyə Saar sosial şəbəkədə yazıb. O qeyd edib ki, hökumət onun təqdim etdiyi qanun layihəsini yekdilliklə dəstəkləyib. Nazir vurğulayıb ki, “heç vaxt doğru addımı atmaq üçün gec deyil” və Baş nazir Benyamin Netanyahuya, eləcə də hökumət üzvlərinə təşəkkür edib. Saarın sözlərinə görə, geniş qəbul olunmuş mövqeyə əsasən, Osmanlı imperiyası erməni xalqını məhv etmək məqsədilə sistemli şəkildə soyqırım xarakteri daşıyan cinayətlər törədib. O əlavə edib ki, yəhudi xalqının nümayəndələri olaraq bu qərarın qəbul edilməsi onların mənəvi borcu idi. “100 ildən çox əvvəl baş vermiş bu dəhşətli hadisələr zamanı təxminən 1,5 milyon insan öldürülüb və qədim mədəni irs məhv edilib. Mən hesab edirəm ki, yəhudilər olaraq bu qərarı qəbul etmək bizim mənəvi borcumuz idi”, – deyə İsrailin xarici işlər naziri bildirib.

www.24news.ge